Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 110, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.
Gundelik-Baku.Org