Milli Məclis İlham Əliyevi təbrik etdi

Milli Məclis İlham Əliyevi təbrik etdi
Milli Məclis Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
MM sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin.
Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev 1961-ci il dekabr ayının 24-də anadan olub.
Gundelik-Baku.Org