“Vardanyanı tutub Bakıya gətirmək lazımdır” - Deputat

“Vardanyanı tutub Bakıya gətirmək lazımdır” - Deputat
“Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlı dəstələri Azərbaycan mövqelərini atəşə tutur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib. O bildirib ki, Rusiya sülhməramlı kontingentinin regionda ömrünü uzatmaq istəyir. 
“Qarabağdakı Azərbaycan toponimlərinin qondarma erməni adları ilə təqdimatı təxribatdır. Qarabağdakı Azərbaycan yer adlarının erməni adı ilə təqdimatı heç nəyi dəyişməyəcək. Bu gün Ruben Vardanyan kimi dələduzları da Qarabağa göndəriblər. Vardanyan ora könüllü gəlməyib, onu Qarabağa göndəriblər. Vardanyan bəlkə də Rusiyada öldürülən milyarderlər sırasında olmamaq üçün Qarabağa gəlib. Bu, aydın görünür. Vardanyan kimi dələduzu ya Qarabağdan rədd etmək, ya da tutub Bakıya gətirmək lazımdır".

Gundelik-Baku.Org