Yeni səsvermə Azərbaycana necə təsir edəcək?

Yeni səsvermə Azərbaycana necə təsir edəcək?
Yeni səsvermə qaydasından sonra yerli müsabiqə azarkeşləri finala vəsiqə qazanmağın ölkəmiz üçün çətin olacağını qeyd etdilər.
Bəs doğrudanmı, Azərbaycanı finala daşıyan münsiflər olub?
OLAY yazır ki, bu barədə 12xal.com nəşri məqalə dərc edib.  Qeyd olunub ki, 2016-cı ildən bəri təqdim edilməyə başlayan münsif/xalq səsvermələrini tək-tək gözdən keçirilib.
Demək olar ki, bu illər ərzində ölkəmizə səs verən münsif və xalq səsverməsi 50/50-ə olub. Yəni, ümumi səslərə görə verilmiş münsif ilə xalq səsləri arasında fərq elə də yüksək olmayıb. Yeganə gözə çarpan fərq sonuncu dəfə keçirilən müsabiqə zamanı özünü biruzə verir.
Belə ki, “Fade To Black” mahnısı ilə yeni qaydalar əsasında yarışsa idik, nəinki finala vəsiqə qazanacaqdıq, həmçinin, müsabiqənin yarımfinal sonuncusu olacaqdıq. Buna səbəb isə xalq səsverməsində 0 xal almağımızdır.
Digər bütün illərdə isə dəyişən heçnə olmayacaqdı. Hər birində vəziyyət olduğu kimi qalacaqdı amma müəyyən dərəcədə xal fərqləri yaranacaqdı.
Bəs indi nə olacaq?
Müsabiqə üçün uğurlu mahnı yazmaq mütləq olacaq. Yalnız bunun nəticəsində yüksək xal almaq şansı artacaq. Səs və vokal isə 2-ci planda görüləcək.

Gundelik-Baku.Org