Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 349 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 105, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 140, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 36 nəfərdir.
Gundelik-Baku.Org