Zemfira Meftahəddinova və Xəzər İsayev təltif edildi

Zemfira Meftahəddinova və Xəzər İsayev təltif edildi
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:
İsayev Xəzər Ağali oğlu
Meftahəddinova Zemfira Əli qızı
Rəhimov Nazir Həzrətqulu oğlu
Şabanova Rəfiqə Mahmud qızı.
Gundelik-Baku.Org