Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması Azərbaycanın xeyrinədir... Avrasiya məkanında iki güc var: Rusiya və Türkiyə...

Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması Azərbaycanın xeyrinədir... Avrasiya məkanında iki güc var: Rusiya və Türkiyə...
Türkiyə-Rusiya münasibətləırinin inkişafında Azərbaycanın rolu az deyil.... 

Biz  dünyada baş verənlərə bir HADİSƏ ( rusca yavleniya ) kimi yanaşmağı  əsas hesab edirik. Və Azərbbaycana, yaxud Azərbaycan-Türkiyə-Rusiya  münasibətlərinə bir hadisə  kimi yanaşmağı daha doğru-düzgün hesab edirik. Bu gün dünuyada baş verənlər etnik-dini-milli müstəvidən çoxdan çıxıb, daha çox dövlət maraqları ilə bağlıdır. Heç uzağa getməyək, kimin ağlına gələ bilərdi ki, “eyni millət, iki dövlət” olan  Rusiya və Ukrayna arasında tarixin ən böyük qanlı  savaşı başlayacaq.
Deməli, dövlət maraqları bütün digər, etnik, dini, milli maraqlardan daha üstündür. Bu siyasət elminin arfimetikası- əlifbasıdır. Biz də bir millət və  dövlət olaraq bunu əsas tutaraq öz yolumuza davam etməliyik. Açığı etiraf etməliyik ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları dünyanın siyasi meydanında baş verənləri əla bilir və nəyi, nə vaxt və necə etməyi mükəmməl həyata keçirir. 
Amma onu da etiraf etməliyik ki, bizim bir dövlət olaraq  son 31 ildə ayaqda durmağımızda, torpaqlarımızın azad olunmasında Türkiyə Respublikasının əvəzolunmaz köməyi var. Ancaq bir məsələni qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin isti, müsbət olduğu dövrlərdə Azərbaycan tərəfi həmişə uğurlu nəticə əldə edib. Niyə, biz bir dövlət olaraq Qarabağ müharibəsində 90-cı illərdə, 2000-ci illərin əvvəlində deyil, məhz 2020-ci ildə böyük Zəfərə nail olduq..? 
Bu uğurun kökündə Azərbaycan ddövlətinin ardıcıl siaysəti, Azərbaycan oğullarının şücaəti, dövlət başçısının uğurlu xarici siyasəti  böyük rol oynamışdı. Amma bütün bunların son uğura aparması üçün  Rusiya-Türkiyə münasibətlərinin  lazım olan səviyyədə olması zəruri idi. Unutmamalıyıq ki, hələ ötən əsrin 20-ci illərində Türkiyə Respublikasının lideri Mustafa Kamal Atatürklə  Rusiya Federasiyasının rəhbəri  V.İ. Lenin arasında  anlaşma hər iki xalqın  faydasına nəticələndi. Bu münasibətlər Azərbaycan üçün də faydalı oldu. Ümumiyyətlə, Rusiya-Türkiyə münasibətlərinin normallaşması həmişə Azərbaycanın xeyrinə olub. 
Bunun  bariz nümunəsinə  İkinci Qarabağ müharibəsində  şahid olduq. Bəli, açıq etiraf etməliyik ki, Rusiyanın neytral mövqeyi olmasaydı, Qarabağda problem daha dərin olacaqdı. Rusiyanın neytral mövqeyi isə Türkiyə ilə münasibətlərin müsbət olması ilə bağlı idi... 
Biz  Türkiyə  ( Osmanlı )  ilə Rusiyanın 100 illər davam edən, 16-cı əsrin sonlarından 20-ci əsrin əvvəlinə qədər davam edən ziqzaqlı münasibətinə uzun-uzadı vaxt ayırmaq istəmirik. Təkcə onu qeyd edə bilərik ki, Sovet Rusiyası Türkiyənin İstiqlal savaşına hərtərəfli  dəstək vermişdir. SSRİ-nin süqutundan sonra Türkiyə və Rusiya  arasında iqtisadi sahədə güclü  inkişaf başladı. Düzdür, Türkiyə-Rusiya münasibətləri həmişə hamar olmayıb, arada gərgin vaxtlar da olub. Amma sonda münasibətlər qaydasına düşüb. 
Təkcə son illərdə Rusiya təyyarəsinin vurulmasından sonra münasibətlər çox gərgin olub. Amma unutmayaq ki, Azərbaycan tərəfi həmin gərgin zamanlarda  Türkiyə-Rusiya  münasibətlərinin qaydaya düşməsi üçün əlindən gələn qardaş köməyini edib. 
Onu da qeyd edək ki, Rusiya və Türkiyə arasındakı indiki  müsbət münasibətlərin  əsası 2009-cu ilin mayında Rusiyanın Soçi şəhərinə işgüzar səfər edən Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanla  Rusiyanın keçmiş Baş Naziri Vladimir Putinlə görüşü zamanı  qoyulmuşdur. Bu gün Rusiya və Türkiyənin iqtisadi əlaqələri o qədər ciddi  və qarşılıqlı faydalıdır ki, bunun pozulması mümkün deyil. Rusiya son illərdə Türkiyəyə 25 milyard, Türkiyə Rusiyaya 6 milyard məhsul ixrac edib. Rusiya Türkiyədə 21 milyard dəyəri olan  atom stansiyası  tikir.  Unutmamalıyıq ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycanın xeyrinə deyil.  Və Türkiyə-Rusiya münasibətlərinin  normal olması Qarabağda sülh müqaviləsinin bağlanmasına da müsbət təsirini göstərəcək.

                                                             Yeniekinçi.az
Gundelik-Baku.Org