Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi olmağa hazırlaşır?...

Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi olmağa hazırlaşır?...
Bir müddət öncə, Kamran Əliyev Daxili İşlər nazirinin əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Vəzifəyə təyin olunduqdan sonra, özünə yaxın olan bir neçə şəxsin vəzifəyə təyin olunmasına yaxından köməklik göstərib.
Dövlət Yol Polisi İdarəsinin qarşısında Ulu Öndərimiz Heydər Əliyevlə, cənab Prezidentimiz İlham Əliyevin böyük lövhələri asılmışdır. Orada olan işçilərin heç biri bu lövhəyə diqqət və qayğı ilə yanaşmırlar. Bunu nə üçün xatırlatdığımı Kamran Əliyev çox gözəl bilir. Bu haqda hazırladığımız reportajda geniş bəhs etmişik.
Amma, bu lövhəyə göstəriləcək diqqət və qayğı nəinki o binada oturanların, hər kəsin borcudur. 
Ços təəssüf hissi ilə qeyd edirəm ki, mənim bu gün Baş Dövlət Yol Polisi İdarəsində rastlaşdığım mənzərə, məni şəxsiyyətinə hörmət etdiyim şəxslərin haqqında tənqidi məqalə yazmağa vadar etdi.
Çox şey etmək olar, pul da qazanmaq olar, var-dövlət sahibi də olmaq olar, adamın saçında bir dənə də olsun ağ tük olmasa da olar, amma rəhbərə xidmət həmişə olmalıdır. 
Baş Dövlət Yol Polisi İdarəsindən hazırladığımız geniş reportajı sizə təqdim edirik. /Gundelik-baku.com/
Gundelik-Baku.Org