"Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq böyük şərəfdir" - İlham Əliyev

"Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq böyük şərəfdir" - İlham Əliyev
"Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.
"Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını birlikdə açdıq. Bu gün isə Zəngilan Hava Limanını açdıq. Yəni bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik".
Gundelik-Baku.Org