Prezidentə təbrik məktubları gəlməkdə davam edir

Prezidentə təbrik məktubları gəlməkdə davam edir
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan dünya birliyi dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə yönələn dəyişməz kurs sayəsində layiqli nüfuz qazanıb, ardıcıl olaraq müstəqil xarici siyasət apararaq beynəlxalq münasibətlərin fəal subyektinə çevrilib.
Sizin rəhbərliyinizlə iqtisadiyyatda, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən böyük dəyişikliklər ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının artmasına kömək edir.
Əminəm ki, MDB məkanında inteqrasiya məsələlərinə Sizin şəxsi diqqətiniz Birliyimizin iştirakçı-dövlətləri arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə bundan sonra da kömək olacaq.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
***
Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir.
“Cənab Prezident!
Sizə 28 May – Müstəqillik Günü münasibətilə Qabon xalqının, hökumətinin, eləcə də özümün səmimi təbriklərimi göndərməkdən böyük məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına firavanlıq arzularımı çatdırıram.
Bu xoş fürsət mənə Qabon ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərini xalqlarımızın mənafeyinə uyğun surətdə daha yüksək səviyyəyə çatdırmaq əzmində olduğumu ifadə etmək imkanı verir.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra, Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Məktubda deyilir:
"Zati-aliləri, əziz qardaşımız İlham Əliyev!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edir, ehtiramımızı, sevgimizi və qardaşlıq həmrəylimizi bildiririk. İnanırıq ki, birgə işləyərək ölkələrimizi dünyanın bütün xalqlarının arzuladığı daha yaxşı məkana çevirə bilərik.
Sizə dərin ehtiramımızı ifadə edirik. Əminik ki, xalqlarımızın rifahı naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik".
***
Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri cənab Prezident!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə Peru hökumətinin ölkələrimizin mənafeyi naminə həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əlaqələrimizin genişləndirilməsini və möhkəmləndirilməsini davam etdirməkdə maraqlı olduğunu bir daha Zati-alinizin diqqətinə çatdırıram.
Azərbaycan Respublikasının əziz xalqına firavanlıq və tərəqqi arzulayır, fürsətdən istifadə edərək Sizə bir daha ən dərin hörmət və ehtiramımı bildirirəm”.
Gundelik-Baku.Org