Ukraynadakı yeni səfirimiz KİMDİR?

Ukraynadakı yeni səfirimiz KİMDİR?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
S. Mərdəliyev buna qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini olub.
Daha əvvəl isə o, Xarici İşlər Nazirliyinin (XİN) humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri işləyib.
Gundelik-Baku.Org