Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılacaq

Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılacaq
Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.
Türkiyə KİV-i xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.
Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.
Gundelik-Baku.Org