"Azərbaycan hər zaman Macarstana arxalana bilər" - Milli Assambleyanın sədr müavini

"Azərbaycan hər zaman Macarstana arxalana bilər" - Milli Assambleyanın sədr müavini
“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Müharibə şəraitində olan Azərbaycanda Heydər Əliyev dövlət başçısı seçildi. Onun rəhbərliyi altında Azərbaycan sabitliyə nail oldu və inkiaf edən bir ölkəyə çevrildi”. 
Bunu Macarıstan Milli Assambleyanın sədr müavini Sandor Lezsak Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda deyib.
O bildirib ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan misilsiz inkişaf mərhələsi keçib. “Neft və qaz ixracı Azərbaycan üçün yeni imkanlar açdı. Azərbaycan və Macarstan xalqları bir birini qardaş xalq kimi qiymətləndirir. Bu gün Macarıstan və Azərbaycan bir birinə etibar edir. Azərbaycan hər zaman Macarstana arxalana bilər. Biz hər zaman Azərbaycana dost olaraq qalacağıq. İqtisadi və enerji sahəsində əməkdaşlığımız yüksək səviyyədədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu böyükdür və yaxın gələcəkdə daha da artacaq. Azərbaycanın bugünkü inkişafı üçün zəmin və baza Heydər Əliyev tərəfindən yaradılıb və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Belarus Nümayəndələr Palatasının sədr müavini Valeriy Mitskeviç isə çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında böyük rol oynayıb:
“Belarus-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin müstəsna rolu var. Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev Belarusun böyük dostu olduğunu sübut edib. Qarşılıqlı yardım səmərəli əməkdaşlığın təminatıdır”, - deyə o bildirib.
Gundelik-Baku.Org