Azərbaycanın çox yüksək ayırdetməli peykləri olacaq

Azərbaycanın çox yüksək ayırdetməli peykləri olacaq
Azərbaycanın çox yüksək ayırdetməli peykləri olacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, Azərbaycan İsrail şirkətləri ilə birgə yeni peyk layihələrinin, optik müşahidə peyk layihələrinin icrasına başlayıb.
“Bu bizim təhlükəsizliyimizin və müdafiə gücümüzün artırılmasına xidmət edəcək. “Azersky 2” layihəsi üzrə ilk peyki 2025-ci ildə orbitə buraxmağı düşünürük. Ondan sonra 2027-ci ildə ölkədə yığılan, öz mütəxəssislərimiz tərəfindən hazırlanan peyklərin orbitə buraxılması planlaşdırılır. Azərbaycan üçün bu, çox çətin bir mövzudur. Ancaq nəzərdə tutmuşuq ki, 2027-ci ildə özümüz o peykləri hazırlayıb orbitə buraxaq”.
O əlavə edib ki, Azərbaycan SpaceX şirkətinin raketlərindən də istifadə edə bilər.
Gundelik-Baku.Org