ADY: “Azərbaycanla İran arasında yükdaşımalar 2 dəfə artıb”

ADY: “Azərbaycanla İran arasında yükdaşımalar 2 dəfə artıb”
“Azərbaycanla İran arasında yükdaşımalarda iki dəfə artım var”.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib.
“Artım həm iki ölkənin yükdaşımalarında, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində qeydə alınıb. Ümumiyyətlə, bu istiqamətdə daşımalara tələbat kifayət qədər böyükdür. Buna uyğun olaraq yükləmə-boşaltma üzrə işçilərin sayı artırılıb. Hazırda İrandakı Astara terminalında tikinti və təmir işləri davam etdirilir, oranın imkanları genişləndirilir, mövcud platformaların və yük dövriyyəsinin artırılması istiqamətində infrastruktur işləri aparılır, bu isə öz töhfəsini verir”, - deyə o qeyd edib.
Gundelik-Baku.Org