Blazer gödəkcənin altına nə geyinmək lazımdır?

Blazer gödəkcənin altına nə geyinmək lazımdır?
Həm rəsmi, həm də istənilən yerlər üçün blazer gödəkcə geyinmək ən yaxşı seçimlər arasındadır. Bu geyim çox fərqli mühitlərdə istifadə edə biləcəyiniz əsas parçalardan biridir. Əvvəllər kişilər üçün dəb olan bu geyim, indi qadınların vazkeçilməzidir. 
Bəs, blazer gödəkcələri necə kombin etmək olar? Onun altına nə geyinilməlidir?  
Cins şalvar və düz köynəklə kombinləyin
Ən sadə və asan seçim blazer gödəkcələri cins şalvar və təkrəngli köynəklə kombin etməkdir. Geyiminizi sadə idman ayaqqabısı ilə tamamlaya bilərsiniz. Bu sizin qurtarıcı kombinlərinizdən biri olacaq. 
Hərəkətlilik üçün gödəkcənin üzərinə şərf taxın
Payız və qış aylarında böyük bir şərf blazer gödəkcənizlə çox yaxşı uyğunlaşa bilər. Xüsusən də şərf və ya gödəkcənizdə müxtəlif rənglərdə, naxışlarda olarsa.. Amma diqqətli olmaq lazımdır ki, onların yalnız ikisindən biri bəzəkli olsun. Belə olmayan halda bayağı görünə bilərsiniz. 
Blazeri sviter və cins şalvarla geyinin 
Gödəkcənin altına geyinəcəyiniz sviteri seçərkən onun yumşaq, yüngül, amma bir o qədər dəbli, hündür dəyirmi boyunlu olmasına üstünlük verin. Əgər işiniz ofis daxildirsə, bu kombin sizin üçün mükəmməl olacaq. 
Donunuzun üstünə blazer geyinin 
Blazer gödəkcələri midi donlarla geyinsəniz, ortaya möhtəşəm görüntü çıxacaq. Təbii ki, onları qısa donlarla da kombinləmək olar. Əgər paltarınız naxışlı və rənglidirsə, çalışın blazeriniz sadə və təkrəng olsun. 
Onu “crop”la birləşdirin
Demək olar ki, ən asan edəcəyiniz iki kombindən biri budur. Blazer gödəkcələrinizi “crop”la, altına isə yüksək belli şalvarla geyinmək ən yaxşı kombin seçimlərindən biri olacaq. 
Blazeri mini ətəklə geyin
Blazer gödəkcələri mini ətək ilə birləşdirərək tərzinizə retro hissi qata bilərsiniz. Bu zaman qara aksessuarlardan istifadə etməyiniz məsləhətdir. Məsələn, boyunbağı və sırğaları qara seçmək üslubunuzda əlavə cazibə yaradacaq. 
Gundelik-Baku.Org