"Uşaq yetərli qədər yuxu almasa..." - Nevroloq

"Uşaq yetərli qədər yuxu almasa..." - Nevroloq
Valideynlər ən çox dərmanların nizamlı şəkildə qəbul olunmasına nəzarət etməlidirlər. Tutmaların səbəblərdən biri məhz dərmanın buraxılması və ya özbaşına dayandırılmasıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev deyib.
O bildirib ki, digər vacib amil yuxudur: "Uşaq yetərli qədər yuxu almalıdır, yuxu rejiminə ciddi nəzarət olunmalıdır. Yuxusuz qalan epilepsiya xəstələrində tutma ehtimalı yüksəlir. Televizor, telefon və digər vasitələrdən istifadə nəzarət altında olmalıdır".
Gundelik-Baku.Org