Əli Əsədov əsas su anbarlarındakı suyun həcmini AÇIQLADI

Əli Əsədov əsas su anbarlarındakı suyun həcmini AÇIQLADI
"Görülmüş işlər nəticəsində su ehtiyatlarından səmərəli istifadə, azalan su həcmlərinə qənaət artıb. Belə ki, əsas su anbarlarında suyun həcmi 1 yanvar 2023-cü il tarixinə 12,5 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur".
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
"Eyni zamanda mövcud infrastrukturun yaxşılaşdırılması, su itkilərinin minimuma endirilməsi, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması, müvafiq qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görülür. Bütün bunlarla yanaşı, əsas çağırış sudan maksimum səmərəli və qənaətlə istifadə etməkdir. Bu, bütün su istehlakçılarına aiddir. Su sərvətdir və onu qorumaq hər birimizin borcudur", - deyə Baş nazir bildirib.
Gundelik-Baku.Org