"Əsas ərzaq məhsullarının ehtiyatı yaradılıb" - Baş nazir

"Əsas ərzaq məhsullarının ehtiyatı yaradılıb" - Baş nazir
"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub".
Bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib. 
Baş nazir bildirib ki, əhalinin ərzaq təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb, əsas ərzaq məhsullarının ehtiyatı yaradılıb. Ə.Əsədov qeyd edib ki, eyni zamanda ölkədə su probleminin həlli hökumət qarşısında duran ən mühüm vəzifələrdən biridir. O bildirib ki, su ehtiyyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb.
Gundelik-Baku.Org