Ömür boyu şanslı olan BÜRCLƏR

Ömür boyu şanslı olan BÜRCLƏR
Bürclərin əksəriyyəti hansısa bir anda həyatlarının ən şanslı vaxtlarını yaşayırlar. Aylıq və ya illik baxıla bilən ulduz falı şərhlərindən bu mühüm günləri tapıb öyrənmək də mümkün olur. Bununla belə, bəzi bürclər də var ki onlar üçün günün və ya ayın neçəsidir fərq etmir. Bu zodyakın nümayəndələri həmişə şanslı olurlar.
Astroloqların araşdırmalarına əsaslanaraq hər zaman şanslı olan həmin o bürclərin siyahısını təqdim edirik:
Əvvəlcə sizləri 2023-cü ilin ən şanslı bürcləri ilə tanış edək. Uğurlara və şansa astrologiya kontekstində baxarkən, Yupiterin hərəkətlərinə diqqət yetirmək vacibdir. Yupiter bürcünüzlə eyni nöqtədə kəsişdikdə şans mütləq sizə gülümsəyəcək. 2023-də Yupiterin təsiri altına düşən iki ən şanslı bürc qoç və buğadır.
Yupiter Qoç bürcünə iş həyatında "şans bolluğu" gətirəcək. Əgər siz qoç bürcüsinizsə, öz qabiliyyətlərinizə güvənin və istədiyiniz karyeranı yaratmaq üçün gücünüzə inanın.
Buğalar şanslarını ilin sonuna doğru əldə edəcəklər. Əgər münasibətlər mövzusunda şans axtaran buğa bürcüsünüzsə, Yupiter sizə sevgidə "kömək əli" uzadacaq.
Qoç və Buğa 2023-cü ildə xoşbəxtliklərini yaşaya bilsələr də, aşağıdakı üç bürc ömürləri boyu şanslıdır.
Əkizlər
Əkizlər bürcü ifadə və ünsiyyət planeti olan Merkuri tərəfindən idarə olunur. Hava ünsürü olan bu bürcün yüksək danışıq qabiliyyəti onların bəxtinin əsasını təşkil edir. Əkizlər şans qapılarını açan və onları tez bir zamanda zirvəyə aparan insanların qəlbini necə qazanmağı yaxşı bilirlər. Bir sözlə, onlar öz bəxtlərini yaratmağa kömək edən xüsusi istedadla doğulurlar.
Şir
Şir bürcləri elə olduqlarına inandıqları üçün ömür boyu şans onlarla bərabərdir. Şirlər "kainatın sahibi" olduqlarını düşünərək doğulur və həyatları boyu şanslı olduqlarına inanırlar. Şirlərin uğur qazanacaqlarına olan inamları onları bütün fürsətlərdən istifadə etməyə sövq edir. Şanslardan istifadə etmək, uğur qazanacağına inanmaq, aslanın bəxtəvərliyinin ən böyük açarıdır.
Oxatan
Şirlər bu dünyada şanslı doğulduqlarını düşünə bilərlər, lakin əslində oxatanı idarə edən planet Yupiter olduğuna görə şans onlarladır. Astrologiyada Yupiter şans və bolluq əlamətidir. Bu, oxatan bürcünü ən şanslı bürc edir. Macəranı və riski sevən oxatanlar, şanslarını artırmaq və həyatlarının bütün sahələrində uğurlar qazanmaq üçün alovlarından (atəş ünsürü bürc olduqları üçün) istifadə edirlər.
Gundelik-Baku.Org