"Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən hələ tam çıxarmayıb" - Dövlət başçısı

"Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən hələ tam çıxarmayıb"  - Dövlət başçısı
"Ermənistan 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanısa da, hələ də qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmayıb." 
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
"Qarabağda qeyri-qanuni erməni birləşmələri və cinayətkar ünsürlər qalmaqdadır. Onlar orada olmamalıdır. İrəvan hələ də qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına göstəriş verməyib", - deyə ölkə rəhbəri qeyd edib. 
Gundelik-Baku.Org