Deputat: "Fransanın müstəmləkəçilik siyasəti əsrlərdir dəyişmir"

Deputat: "Fransanın müstəmləkəçilik siyasəti əsrlərdir dəyişmir"
"Napoleon Bonapart deyib ki, kimin nədə problemi varsa, daha çox ondan danışır. Bəlkə də dünyada Fransa dövləti, Fransanın siyasi rəhbərliyi səviyyəsində heç kim insan hüquq və azadlıqlarından danışmır, milli azlıqların hüquqlarının müdafiəsi barədə şüarlar irəli sürmür. Özünü humanist dövlət kimi təqdim edir, reallıqda isə buna zidd addımlar atır".
Bu fikirləri Musavat.com-a millət vəkili Elman Nəsirov deyib.
O qeyd edib ki, 1768-ci ildən Fransa Korsikanı zəbt edib, Korsika xalqının milli azadlıq hərəkatını qan içində boğub: "Fransa hökuməti korsikalıların müstəqillik əldə etmək hüququnu əlindən alıb. Bu gün də eyni siyasəti həyata keçirir. Bunun adı yeni müstəmləkəçilik siyasətidir. Fransa dövləti Korsikaya qarşı mübarizədə elə eybəcər üsullardan istifadə edir ki, heç tənqidə də dözmür. Korsikalılar uzun illərdir ana dilinin rəsmi dil olmasını istəyirlər. Təxminən 150 min insan korsika dilində danışır. Fransa isə buna hər vəchlə mane olur. Bu, əslində humanitar terrorizmdir. Dilin yaddan çıxarılması millətin yer üzündən silinməsi, soyqırıma məruz qalmasıdır. Fransa hökuməti korsika dilini məhkəmə hökmü ilə qadağan etməklə bu siyasəti həyata keçirir. Bu addımlar Fransanın əsl mahiyyətini ortaya qoyur. 18-ci əsrdən bu günə Fransanın siyasəti dəyişmir".
Gundelik-Baku.Org