“Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

“Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi
Nazirlər Kabineti “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə Minatəmizləməyə dair informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirmək, Minatəmizləmə Agentliyi ilə birlikdə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.
Gundelik-Baku.Org