Ali Məhkəmə Rasim Quliyevin şikayətini TƏMİN ETMƏDİ

Ali Məhkəmə Rasim Quliyevin şikayətini TƏMİN ETMƏDİ
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Apa xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.
Hakim Əziz Seyidovun sədrlik etdiyi hakimlər heyəti Rasim Quliyevlə bağlı apellyasiya instansiyasının qərarının düzgün olduğu qənaətinə gəlib. Kassasiya şikayəti təmin edilməyib.
Şikayət ərizəsində bəraət qərarı çıxarılması istənilmişdi.
Qeyd edək ki, Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək sınaq müddəti seçilməklə şərti cəza ilə əvəz edib.
Gundelik-Baku.Org