Sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması - Ermənistan ÇALXALANIR

Sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması - Ermənistan ÇALXALANIR
“Əgər erməni xalqı Nikol Paşinyanı hakimiyyətdən payıza qədər uzaqlaşdıra bilməsə, o zaman 2024-cü ildə yeni genişmiqyaslı savaş çağırışını qəbul etməli olacağıq”.
Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib. O, Ermənistanın bu müharibənin öhdəsindən gəlib-gəlməyəcəyinin müəmmalı olduğunu bildirib.
Paşinyanın devrilə biləcəyi nə dərəcədə realdır? Zakaryanın müharibə proqnozu özünü doğrulda bilərmi?
Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a açıqlamasında bildirib ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq Ermənistandakı revanşist qüvvələrin ən böyük arzusudur.
bf4cdef7-10c9-384c-b43f-3a109be2e5bd_850.jpg (79 KB)
Millət vəkili vurğulayıb ki, bu arzunu həyata keçirmək üçün onlar Paşinyana qarşı çeşid-çeşid mübarizə üsullarından istifadə ediblər. Gah oturaq mitinqlər keçiriblər, gah parlamentə yürüşlər ediblər, binaya müdaxilə ediblər:
“Ermənistandakı revanşist qüvvələr o zamankı parlamentin spikerini, hazırkı XİN rəhbərini ölənə qədər döyüblər. Eyni zamanda Paşinyanın əyləşdiyi baş nazirin ofisinə hücum ediblər. Oradakı əmlakı dağıdıblar. Müddətsiz mitinqlər elan ediblər. Yəni cürbəcür üsullardan istifadə ediblər ki, Nikol Paşinyan siyasi hakimiyyətdən uzaqlaşdırılsın. Amma Paşinyan bu sahədə kifayət qədər dözümlülük immuniteti nümayiş etdirib. Hesab edirəm ki, indiki halda revanşist dairələrin Paşinyanı 2024-cü ilə qədər devirmək və müharibə ilə bağlı iddiaları elə də ciddi əsaslara söykənmir. Nikolu devirmək üçün ən unikal şans 44 günlük müharibə vaxtı onun biabırçı məğlubiyyəti və kapitulyant statusuna enməsi zamanı olmuşdu. Elə bir imkan idi ki, Paşinyan xalqdan qorxaraq bunkerdən çıxmırdı, onun biabırçı məğlubiyyətini rəsmiləşdirən 10 noyabr Bəyanatına hansı məkanda imza atması da indiyə qədər bəlli deyil. Ona satqın deyirdilər. Bütün bu reallıqlar fonunda 2021-ci ilin iyun ayında Paşinyan erkən parlament seçkiləri keçirdi və qalib gəldi. Paşinyanın qalib gəlməsi erməni xalqının müharibəyə “yox”, sülhə “hə” deməsi anlamında idi. Onlar Nikolu sevdiklərinə görə onun lehinə səs verməmişdilər. Səs vermişdilər ki, Paşinyan bir daha müharibə etmək istəməz. Rəqibləri isə müharibə ovqatında idi. Məsələyə bu xüsusda yanaşdıqda bu gün Ermənistanda revanşistlər nə qədər müharibə ritorikasından bəhs etsələr də, erməni xalqı müharibə istəmir”.
pashinyan_101121.jpg (30 KB)
Elman Nəsirovun sözlərinə görə, erməni xalqı onun fərqindədir ki, Ermənistan Azərbaycan ordusunun qarşısında tab gətirə bilməz:
“Azərbaycan 2020-ci ildə Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. İndi Azərbaycan daha da güclüdür, daha güclü orduya malikdir. Azərbaycanın güclü lideri var, xalq öz lideri ətrafında monolit birlik nümayiş etdirir. Ona görə də müharibə çox perspektivsiz bir addım kimi görünür. Erməni xalqı istənilən müharibənin əleyhinədir. Bu, ancaq revanşistlərin arzusudur. Onlar çalışırlar ki, Paşinyana qarşı hətta sui-qəsd etməyə qədər addımlar atsınlar. Paşinyana qarşı terror törətməyə qədər addımlar atsınlar, təki öz hakimiyyət arzularını gerçəkləşdirsinlər. Reallıqlar isə başqa şərtləri diktə edir. Paşinyanı 2020, 2021-ci il reallığında, yəni onun daha zəif olduğu bir reallıqda devirə bilməyən revanşist ünsürlərin ona indiki reallıqda qalib gəlmək ehtimalı çox aşağı görünür. Hesab edirəm ki, bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün daha yaxşı şərtlər yetişə bilər. Revanşistlər bunu istəmirlər və necə deyərlər, şam sönməyə başlayanda daha çox alovlanmağa başlayır. Bəlkə də revanşistlər tam məğlubiyyət reallığı qarşısında son güclərini toplayır və daha çox alov görüntüsü yaradırlar. Lakin bu, aldadıcı bir görüntüdür. Bir müddətdən sonra şam sönür. Hesab edirəm ki, Ermənistandakı müharibəpərəst dairələr şam kimi son qüvvəsini toplayıb sönəcəklər. Bu, tarixin qaçılmaz reallığıdır”.
Gundelik-Baku.Org