"Balbadem" qiymətləri ARTIRDI

"Balbadem" qiymətləri ARTIRDI
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində "Balbadem" şirniyyat mağazası qiymətləri artırıb.
"Unikal"ın məlumatına görə, adıçəkilən mağazada tortların qiymətində 20-25 faiz artım müşahidə olunub.
Misal olaraq, əvvəlki qiyməti 35-40 manat civarında olan "Mona Liza" tortu hazırda 50 manata satılır.
Qeyd edək ki, "Balbadem"in 8 Mart ərəfəsində qiymətləri artırması müştərilər tərəfindən etirazla qarşılanıb.
Gundelik-Baku.Org