Xalq artisti maaşından gileyləndi

Xalq artisti maaşından gileyləndi
"Mənə o qədər çiçəklər gəlir ki... Hərdən başqa hədiyyələr gəlir, üstündə bir çiçəyi olmasa, maraqlı görünmür. Hərdən deyirəm ki, çiçək gətirirsinizsə, güldanı da gətirin".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Xeyirli axşamlar" verilişində deyib.
Aktrisa müğənnilərin onlardan çox qazanmasından danışıb:
"Biz maaş alırıq, maaşa baxırıq. Oxuyanlar bu sahədə udur. Həmişə toya gedirlər. Aktyorlar isə fəadakardılar. Başqalarının taleyini yaşayırıq, ürəyim zəifləyib, çətin obrazları sevə-sevə yaradıram. Şükr edirəm ki, Allah bu istedadı mənə verib. Aktrisalıqdan başqa iş görə bilmərəm".
Gundelik-Baku.Org