Rəşad Dağlı məhkəməyə gətirildi – Həbs müddəti uzadıla bilər

Rəşad Dağlı məhkəməyə gətirildi – Həbs müddəti uzadıla bilər
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.
APA xəbər verir ki, Rəşad Dağlı hazırda Qaradağ Rayon Məhkəməsinə gətirilib.
Bildirilib ki, təqdimata hakim Gülnar Aslanova baxır.
Qeyd edilib ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur.
Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.
Gundelik-Baku.Org