Novruz bayramında əfv olacaq?

Novruz bayramında əfv olacaq?
Novruz bayramı ərəfəsində Əfv sərəncamı imzalanmayacaq. 

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlməmməd Nuriyev deyib. 

Komissiya üzvü bu sərəncamın il ərzində bir dəfə verildiyini vurğulayıb:

"Əfv sərəncamının nə vaxt verilməsini Prezident İlham Əliyevin səlahiyyətindədir. Əfv sərəncamının mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində verilməsi gözlənilir”. 

Gundelik-Baku.Org