Fevralın bütün sosial ödənişləri verildi

Fevralın bütün sosial ödənişləri verildi
Fevral ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. 
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Qeyd edilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Ötən həftə ölkə üzrə pensiya ödənişləri də yeni artımlarla birgə ödənilib. 
Gundelik-Baku.Org