Laçın-Xankəndi yolunda aksiya 70 gündür davam edir

Laçın-Xankəndi yolunda aksiya 70 gündür davam edir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Aksiya gecə boyu davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.
Ekofəallar aksiyanın 70-ci günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın temperaturu - 6 dərəcədir.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb
Gundelik-Baku.Org