Təranənin övladları sığınacağa yerləşdirildi

Təranənin övladları sığınacağa yerləşdirildi
Ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladları sığınacağa yerləşdirib.
Lent.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova TikTok hesabında açdığı canlı yayımda bildirib.
Danışarkən göz yaşlarını saxlaya bilməyən Rəqsanə deyib ki, bir müddət öncə barışdığı Təranənin uşaqlarına yazığı gəlir: “Eşitdim ki, Təranənin problemləri, ehtiyacları var. Onunla danışırdım. Dedim ki, əlimdən gəldiyi qədər sənə kömək edəcəyəm. Amma bir az ağılla hərəkət etmək lazım idi. Ona, əsas da övladlarına yazığım gəlir. Bu gün onun övladlarını sığınacağa yerləşdirdim. Oradan gələndən bəri ağlayıram”.
Xatırladaq ki, fevralın 14-də saxlanılan Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.
Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələbetmə ittihamı ilə saxlanılmışdı.
T. Səmədovanın iki övladı var. Onun ikinci övladı 2022-ci ilin avqustunda anadan olub. 






Gundelik-Baku.Org