Münsif olan bacısına müsabiqədə sürpriz etdi

Münsif olan bacısına müsabiqədə sürpriz etdi
Xalq artisti Gülyanaq Məmmədova “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsində münsif olan, bacısı Xalq artisti Gülyaz Məmmədovaya sürpriz edib.
OLAY yazır ki, yarışmanın növbəti buraxılışında xanəndə iştirakçı kimi səhnəyə çıxıb.
“Aldatmayaq bir-birimizi” mahnısını səsləndirən sənətçi ifası zamanı üzünü də gizlədib. Olduqca təəccüblənən G. Məmmədova bu zaman kövrələrək bacısının yanına gedib. Gülyanaq Məmmədova isə formal olaraq münsiflərdən İlqar Xəyalı seçib.
Gülyaz Məmmədova daha sonra öz instaqramında bu haqda qeyd edib:
“Zəng edirəm, Gülyanaq deyir, həkimdədir, özünü yaxşı hiss etmir, danışa bilmir. Çox narahat qaldım. Seçimlər başladı. Onun səsini bənzətdim, düşündüm ki, yəqin, hansımızınsa, tələbəsidir. Hər halda bizi yamsılayır. Döndüm ki, qarşımda Gülüm. Hamımız üçün gözəl gün, gözəl an oldu”.

Gundelik-Baku.Org